big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Ölkə futbolu

“Futbolçular məhz belə rəqiblərə qarşı oyunlarda püxtələşirlər” – MÜSAHİBƏ

31.08.2012 , 10:55

17 yaşadək futbolçulardan Azərbaycan yığmasının baş məşqçisi Təbriz Həsənov affa.az saytına müsahibə verib. Korner.az– ın məlumatına görə, o, Palanqa turnirindən, İrlandiya ilə keçirilən iki yoldaşlıq görüşü və Avropa çempionatının seçmə mərhələsi barəsində danışıb.

Rəhbərlik etdiyiniz yığma komanda Litvanın Palanqa şəhərində təşkil lunmuş ənənəvi turnirdə iştirak edərək ikinci yeri tutdu. Əldə olunan nəticəni necə dəyərləndirirsiniz?

– İl ərzində müxtəlif beynəlxalq yarışlarda – Qazaxıstandakı “Prezident kuboku”, Moldovada keçirilən “FA of Moldova Cup”, artıq 2 dəfə Bakıda təşkil olunmuş “Caspian Cup” və Litvanın Palanqa şəhərində keçirilən turnirdə iştirak edirik. Ötən il Palanqada təşkil olunmuş yarışda 5-ci yeri tutmuşduq. Ancaq bu il daha uğurlu çıxış etdik. Qrupda Latviya və Belarus kimi güclü komandalara qarşı oynadıq və finala vəsiqə qazandıq. Əfsuslar olsun ki, finalda meydan sahibi Litva yığmasını məğlub edə bilmədik. Hərşənd komandamızın potensialı qələbə qazanmağa imkan verirdi. Məğlubiyyətimizdə təqvimin əlverişsiz olması da az rol oynamadı. Litva yığmasına münasib təqvim tərtib edilmişdi. Onlar finala qədərki son oyununu 3 gün əvvəl keçirmişdi. Biz isə iki gündə iki oyuna çıxmaq məcburiyyətində qaldıq. Oyunların yağmurlu havada keçirilməsi futbolçuların iki dəfə artıq güc sərf etmələrinə səbəb oldu. Düşünürəm ki, bir gün istirahət etmək imkanımız olsaydı, Litvanı məğlub edərdik. Bununla belə, ikinci yeri tutmaq da pis deyil. Palanqadakı turnirdə əsas məqsədimiz Avropa çempionatının seçmə mərhələsi üçün heyəti müəyyənləşdirmək idi.

Palanqadakı tunirdən sonra yığmamız irlandiyalı həmyaşıdları ilə iki yoldaşlıq oyununda qüvvəsini sınadı. Bu oyunları ayrı-ayrılıqda necə şərh edərdiniz?

– Ardıcıl oyunlar olmasına baxmayaraq, İrlandiya yığması ilə qarşılaşmağı çox istəyirdim. Çünki futbolçular məhz belə rəqiblərə qarşı oyunlarda püxtələşirlər. Ötən il Türkiyədəki təlim-məşq toplanışında bu rəqiblə 1:1 hesablı heç-heçə etmişdik. Builki İrlandiya yığması daha güclü təsir bağışladı. Çox yaxşı komandadadır, sürətli və tipik ingilis futbolu nümayiş etdirirlər. Bizə çətinliklər yaratdılar. Birinci oyunda 0:3 hesabı ilə məğlub olsaq da, deməzdim ki, hesab oyuna görə oldu. İrlandiya yığması buraxdığımız adi səhvlərdən maksimum yararlandı. İkinci görüşdə isə ilk oyunla müqayisədə bir qədər üstün futbol nümayiş etdirdilər. Hər iki qarşılaşmanın ilk dəqiqələrində qapımıza olmayan penaltilərin təyin olunması oyun planımızın dəyişməsinə səbəb oldu. Buna baxmayaraq, sona qədər mübarizə apardıq, əzmkarlıq nümayiş etdirdik. Heç-heçə edə, hətta qalib də gələ bilərdik. Nəticələr xeyrimizə olmasa da, bu oyunlardan çox şey qazandıq. Futbolçuların mübarizliyi, dözümlülüyü bu oyunlarda bir qədər də artdı. Gələcək qarşılaşmalarda bunun faydasını görəcəyik. İrlandiya yığması Palanqa turnirində çıxış edən komandalarla müqayisədə bir neçə dəfə üstündür. Bu oyunlar bir daha bizə göstərdi ki, Avropa komandaları necə futbol oynayır. Belə rəqiblərlə tez-tez qarşılaşmalıyıq. Çünki rəqib pressinq tətbiq edərək bizi sürətli oynamağa, iti düşünməyə, tez qərar verməyə məcbur edir. Buna görə ilk oyunla müqayisədə ikinci qarşılaşmada onlar kimi oynadıq. Avropa komandalarına məhz bu baxımdan geri qalırıq.

Bu oyunlarda komandada nə kimi çatışmazlıqlar müəyyən etdiniz?

– Avropa çempionatının seçmə mərhələ oyunlarına iki aydan da az vaxt qalıb. Artıq bir çox futbolçu haqda fikirlərim formalaşıb. Kimin nəyə qadir olduğunu, hansı futbolçunun nə dərəcədə faydalı olacağını bilirəm. Amma yenə də həm müdafiədə, həm də hücumda problemlərimiz var. Təbii ki, bu problemləri aradan qaldırmaq olar. Müdafiəçilərimizin lazımsız hərəkətləri qapımıza vurulan qolla nəticələnir. Bu səhvləri düzəltmək olar. Hücumdakı işimiz isə bir qədər çətindir. Sürətli, texnikalı, qol duyumu olan bir hücumçuya ehtiyacımız var.

Heyətdə hər hansı dəyişiklik gözlənilirmi?

– Təbii ki. Ukraynada yaşayan azərbaycanlı futbolçular var. Onları sınaqdan keçirməyi planlaşdırırıq. Yaxşı hücumçu tapsaq, heyətə cəlb edəcəyik.

Avropa çempionatının qrup mərhələsindəki qrupumuzu necə dəyərləndirirsiniz?

– Təqvimə əsasən ilk oyunda İspaniya yığması ilə qarşılaşacağıq. Bir gün fasilədən sonra Polşa ilə, son oyunda isə meydan sahibləri Bolqarıstanla üz-üzə gələcəyik. Bu təqvimə uyğun öz planımızı quracağıq. Bizim qrupa nəzər yetirən hər bir futbol mütəxəssisi İspaniyanın aşkar favorit olduğunu etiraf edər. İkinci yer uğrunda amansız mübarizə olacaq. Çalışacağıq ki, iki yerdən birini tutaq.

Rəqiblər haqda informasiya əldə edə bilmisinizmi?

– İspaniya yığması haqda heç bir məlumatımız yoxdur. Digər rəqibimiz Polşanın Rusiya ilə oyununun videoyazısını əldə etmişik. Bundan əlavə, onların Gürcüstan yığması ilə son oyununun videoyazısını bizə göndərəcəklər. Bolqarıstanın da Avstriya və İsveç yığması ilə oyunlarının DVD-sini əldə etmişik. Oyunları izləyib rəqiblərin zəif və güclü cəhətlərini müəyyənləşdirəcəyik.

Son yazılar

To Top