“Beşiktaş”ın yeni transfer hədəfi
08.01.2024 , 21:55

Bir müddətdir transfer gündəmində olan Oliver Torres üçün “Beşiktaş”ın təklifi məlum olub.
Korner.az xəbər verir ki, İstanbul klubu Torres üçün “Sevilya”ya 2 milyon avroluq təklif etdiyi bildirilib.
Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Mövsümün ilk yarısında “Sevilya”da 22 matça çıxan Oliver Torres 1 məhsuldar ötürmə edib.
