Dünya futbolu üçün ağır itki
08.01.2024 , 20:46

XX əsrin ən yaxşı müdafiəçilərindən biri, almaniyalı Frans Bekkenbauer 78 yaşında dünyasını dəyişib.
Korner.az xəbər verir ki, Bekkenbauer Almaniya millisinin heyətində 1974-cü ildə dünya çempionu və 1972-ci ildə Avropa çempionatının qalibi olub.
O, həmçinin 3 dəfə Çempionlar Liqasının qalibi və ölkə çempionu olub.
