“Beşiktaş”ın heyətdən kənarlaşdırdığı futbolçu Fransa klubunda
18.01.2024 , 17:00

“Beşiktaş” futbolçusy Valanten Rozyeni icarəyə verib.
Korner.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin saytı məlumat yayıb.
27 yaşlı müdafiəçi cari mövsümün sonunadək “Nitsa”da çıxış edəcək.
Müqaviləyə görə, “Nitsa” Rozyeni birdəfəlik almaq hüququna da malikdir.
