“Sevilya”dan yeni transfer
18.01.2024 , 16:41

“Sevilya” heyətinə yeni hücumçu cəlb edib.
Korner.az xəbər verir ki, klub “Mançester Yunayted”in U-23 komandasından Mateo Mexiyanı transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Sevilya” 20 yaşlı vinger üçün qarşı tərəfə təzminat ödəməyib.
