“Beşiktaş” – “Qalatasaray” matçının biletləri 60 saniyəyə satıldı
26.04.2023 , 15:50

Türkiyə Super Liqasının 32-ci turu çərçivəsində keçiriləcək “Beşiktaş” – “Qalatasaray” matçının biletləri bitib.
Korner.az xəbər verir ki, azarkeşlərin böyük marağına səbəb olan qarşılaşmda anşlaq olacaq.
Bu gün Bakı vaxtı ilə 12.00-da satışa çıxarılan biletlər 60 saniyə ərzində tükənib. Matçın biletlərinin rəsmi satış qiymətləri 450-7500 lirə (40-650 manat) arasında dəyişir.
Aprelin 30-da keçiriləcək oyun Bakı vaxtı ilə saat 21.00-da başlayacaq.
