Türkiyə Superliqasının ikinci turu çərçivəsində keçirilən "Beşiktaş" – "Qalatasaray" qarşılaşması başa çatıb.
Korner.az xəbər verir ki, görüş 3:3 hesablı bərabərliklə bitib.
"Beşiktaş" oyunda 3 dəfə irəli çıxsa da, "Qalatasaray" hər dəfə bərabərliyə nail olub. "Qara qartallar"ın qollarına 8-ci dəqiqədə Melo (öz qapısına) və Filip Holosko (, 43 və 51-ci dəqiqələrdə) imza atıb.
"Qalatasaray"dan isə Elmander (20), Umut Bulut (45) və Selçuk İnan (86-pen) fərqlənib. Yeri gəlmişkən, "Cim-bom"un lehinə təyin olunan penalti şübhəli təsir bağışlayıb.
