Türkiyənin “Beşiktaş” klubu səs-küy yaradacaq transfer etməyi planlaşdırır.
Korner.az İtaliya “Gianluca Di Marzio” qəzetinə istinadən xəbər verir ki, “Qara qartal” “Milan”ın braziliyalı futbolçusu Robinyonu transfer etmək istəyir. Xəbərə görə, 29 yaşlı futbolçu hələlik bu təklifi rədd edib.
Qeyd edək ki, “sambaçı” bu mövsüm “Milan”ın heyətində oynadığı 19 qarşılaşmada 2 qol vurub, 4 asisst etməyi bacarıb.
