Ötən
turda “Qalatasaray”a məğlub olan digər İstanbul təmsilçisi “Beşiktaş” növbəti
turun oyununa hazırlaşır.
Korner.az-ın qardaş ölkə mətbuatına istinadən verdiyi məlumata görə, klubun əsas
futbolçularından biri olan Dani zədəsini sağalda bilmir. “Qalatasaray” ilə
oyunda ağır zədə alan futbolçu “Antalyaspor”a qarşı oynaya bilməyəcək.
Qeyd edək ki, Danidən əlavə Gökhan Töre, Manuel Fernandes və Tomas Sivok da “Antalyaspor”a
qarşı forma geyinə bilməyəcəklər.