Azərbaycan milli komandasının mayın 24-dən 31-dək Almaniyanın Frankfurt şəhərində keçiriləcək təlim-məşq toplanışına əsas heyət üzvü olaraq dəvət olunmuş qapıçılar toplanışda iştirak edəcəyi üçün ehtiyat qapıçı kimi çağırılmış Aqil Məmmədov baş məşqçinin göstərişi ilə hazırlıq prosesində iştirak etməyəcək.
Korner.az-ın AFFA-ya istinadən verdiyi məlumata görə, bundan əlavə, Murad Ağayev və Bədavi Hüseynov 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışında iştirak edəcəyi üçün millinin heyətindən çıxarılıb.
