"İlk hissədə saysız-hesabsız qol vəziyyətlərimiz oldu. Lakin fasiləyə qolsuz bərabərliklə yollandıq. Düşünürəm ki, bu, ədalətsiz nəticə idi".
Korner.az– ın məlumatına görə, Portuqaliya millisinin baş məşqçisi Paulo Bentu komandasının oyunundan razı qaldığını bildirib: "İkinci hissədə komandam təzyiqi artırdı və təşəbbüsü tamamilə ələ aldı. Daha sonra mən oyunu "oxudum" və Migel Velosonu Silvestr Varela ilə əvəzlədim ki, bu da öz bəhrəsini verdi.
Matçın sonlarına doğru rəqib artıq yorulmuşdu. Komandamın oyunundan razı qaldım və futbolçularımı qələbə münasibəti ilə təbrik edirəm. Azarkeşlərimizə də çox sağ ol deyirəm. Sonadək bizi dəstəklədilər. 30 min tamaşaçı önündə mütləq qələbə qazanmalı idik".
