Almaniya Bundesliqasında mübarizə aparan “Bavariya” “Bayer Leverkuzen”in futbolçusu Julian Brandtı transfer etməyə yaxındı.
Korner.az-ın məlumatına görə, bu haqda “Bild” xəbər yayıb.
İki klub arasında transfer məsələsində razılıq əldə olunub. “Bavariya” oyunçu üçün 30 milyon avro ödəyəcək.
Xatırladaq ki, Julian Brandt bu mövsüm iştirak etdiyi 32 oyunda 3 qol vurub və 7 məhsuldar ötürmə edib.
