big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Layihə

LAYİHƏ: “Neftçi”də işlədiyim üçün peşman olmamışam”

01.04.2017 , 11:24

Korner.az və Sportfm.az saytlarının “Nefçi” – 80: ağ və qara tarix” layihəsi çərçivəsində on ikinci yazısı
 
 
“Neftçi”nin tarixi ərzində qazandığı uğurlardan, üzləşdiyi maneələrdən yazmaqla yanaşı, arxada qalan illər ərzində komandanın yanında olan gizli qəhramanları unutmaq olmaz. Onlardan biri, 11 il klubda videooperator kimi çalışan Dadaş Zeynalovun söylədiklərini oxuduqda, adi görünən bir vəzifə sahibinin nə qədər çətinliklərə sinə gərdiyini, necə fədakarlıqlar etdiyini biləcəksiniz. 
8-ci sinifdən Bakı Baza Energetika Texnikumda oxuyurdum. 1992-ci ildə İkinci kursda təhsil alanda bizim Əsgəran rayonunun Məşəli kəndindən  bir tələbə yoldaşımız var idi. Ermənilər həmin kəndi işğal eliyəndə xəbər gəldi ki, onun bütün ailə üzvləri öldürülüb. Bu hadisəni duyan kimi qrupumuzdan 5 nəfər könüllü Ağdama getməyi qərara aldıq. Həmin vaxt bizim 16-17 yaşımız olardı. Müəyyən vaxt keçəndən sonra bizi qaytardılar, çünki artıq qanuni əsgərliyə getmək vaxtımız idi. Tələbə kimi mənim müvvəqəti qeydiyyatım Bakıda, Kirov rayonunaydı.
Sənədlərimi götürdüm və yollandım Füzuli rayonunun hərbi komissarlığına. Hərbi komissar məni qəbul etdi, biraz baxdıqdan sonra dedi: “Oğlum ya sən çox vətənpərvər oğlansan, ya da anormalsan”. Mən təəccübləndim, dedim niyə, o qayıtdı ki, camaat  sənədlərini götürür və bölgəni tərk edir, sən isə öz sənədlərini özün götürüb gəlmisən. Ordan məni birbaşa posta göndərdilər. 1993-cü ildən qanuni hərbi xidmətə yollandım. Qarabağ döyüşlərinin Füzuli istiqamətində 1994-cü ildə bütün hücumlarda iştirak etmişəm. 1997-ci ilin yanvar ayında ordudan təxris olundum. Həmin ildə də İnşaat Universitetinə qəbul oldum. Ali təhsilimi uğurla başa vurdum.
“Çorək yediyim yerə azarkeşlik etmişəm”
Biz gözümüzü açanda “Neftçi”ni görmüşük. O vaxt çox komanda var idi. Azərbaycan futbolunu bizə tanıdan “Neftçi” olub. Rəhmətlik atamda “Neftçi”yə azarkeşlik edirdi, futbola kim baxırdısa “Neftçi”yə azarkeşlik edirdi. “Qarabağ”da adlı-sanlı klubdur, sovet dönəmində aşağı liqalarda çıxış edib. Mən bir qarabağlı kimi “Qarabağ”ı ürəkdən sevirəm. Qurban Qurbanovla bir il çalışdıqdan sonra o “Qarabağ”a yollandı. Təsəvvür edin o vaxt Rəşad Sadıqov, Rəşad Sadiqov, Georgi Adamiya, Elnur Allahverdiyev və s. ümumilikdə 10 nəfər getdilər “Qarabağ”a. Onlar bizim dostlarımız olaraq qaldı. Birinci çorək yediyim yerə azarkeşlik etmişəm. Amma “Qarabağ”ın qəlbimizdə öz yeri var. O vaxtlar klublarda operator az idi. Dəfələrlə “Neftçi”nin oyunlarında Ramin Musayevlə görüşüb, söhbətləşirdik. Klubda uşaqlıq dostlarım var idi. Mənim futbola böyük sevgim olduğuna  və “Neftçi”nin oyunlarını daim izlədiyimə görə klubdan dəvət gəldi. O vaxt klublar artıq yavaş-yavaş operatorları cəlb etməyə başlamışdılar. Mənə təklif gəldikdə böyük məmnuniyyətlə razılaşdım. Bu mənim üçün böyük şərəf idi. Məndən əvvəl klubda Müşfiq adında operator var idi. Uzun illər onunla bir yerdə işlədim. “Neftçi”də əsas heyət, əvəzedicilər, aşağı yaş qruplarının oyunlarını birlikdə çəkirdik. Birimiz ortadan, birimiz kənardan “işləyirdik”.
“Mənə tapşırmışdı ki, hansı futbolçu hərəkəti eləmirsə, onu çəkim”
Birinci oyunum Sumqayıt stadionunda olub. Bir neçə ildən sonra çəkdiyim həmin baxanda çox gülmüşəm. Mənim nə qədər futbol hissiyatım olsa da, həmin görüşü bərbad işləmişdim. Bütün çəkilişlərin öz çətinliyi var, operatorlar üçün vaxt lazımdır. Qapıçı topu oyuna daxil edir və bu məqamda operator hiss etməlidi ki, o topu hara ötürəcək. Yoxsa, epizodu topsuz çəkməli olacaqsan. O vaxtı “Neftçi”də İqor Mitreski(Makedoniya millisinin sabiq üzvü-red.) var idi, mən onu dahi futbolçu adlandırardım. 34-35 yaşı var idi və top oyuna daxil olanda, İqor elə bil sehirbaz idi, o hardaydı top ora gedirdi. İlk görüşdə yol verdiyim qüsurlara görə mənə klubdan heçnə demədilər, amma özüm bilirdim ki, səhvlərim həddən artıq çoxdur. Oyunun hesabını dəqiq yadımda deyil, amma bilirəm ki, qələbə qazanmışdıq. Sonralar özü-özümə sual verirdim ki, mən o çəkilişi necə etmişəm?!
Mən “Neftçi”də işlədiyim 10 il müddətində 11-12 məşqçi ilə çalışmışam. Hans Yurgen Gede, Vlastimil Petrjela, Arif Əsədov, Vaqif Sadıqov, Böyükağa Hacıyev, müəyyən vaxtlar müvvəqətti baş məşqçi İqor Getman, Tərlan Əhmədov olub. Hamısına öz minnətdarlığımı bildirirəm. Gedenin vaxtında “Neftçi” bərbad çıxış edirdi. Buna baxmayaraq, alman mütəxəssis idi, ondan nəsə öyrəndik. Tez-tez Böyükağa Haciyev, Arif Əsədov və Tərlan Əhmədovla görüşürəm. Hər məşqçinin çəkiliş üçün öz istəyi var. Məşqçi var ki, deyir ümumi planı çək, məçqçi var konkret epizodları daha aydın görmək istəyir. Yaxşı yadımdadır, Petrjelanın vaxtında onun xanımı futbolçulara gimnastika keçirdi və baş məşqçi bütün məşqləri çəkdirirdi. Mənə tapşırmışdı ki, hansı futbolçu  hərəkəti eləmirsə, onu çəkim. Ancaq mən eləyə bilmədim. Hərəkətləri etməyən futbolçulara doğru kameramı tuşlayanda əl ilə işarə verirdim ki, eləsin, boş dayanmasın! 
“Təzyiqdən adamın ürəyi sıxılırdı”
“Xəzər-Lənkəran”la oyun o dövrdə Azərbaycan çempionatının yaraşığı idi. Həmin görüşlərə 10-15 gün əvvəldən hazırlaşırdım. Təsəvvür edirsiniz, mən hələ operator idim. Oyun günləri yaxşı yadımdadır, ah-hava çox dəyişkən olurdu, təzyiqdən adamın ürəyi sıxılırdı. Xüsusilə Lənkəran şəhər stadionunda olan oyunlarımızı qeyd etməliyəm. Meydana bir gözlə yox, iki gözlə baxmaq istəmişəm. Çəkəndə həmişə bir gözlə baxıram axı(gülür). Baxmayaraq ki, Lənkəran klubunun Bakıda, “Neftçi”nin isə səfərdə çox problemləri olub, çox yaxşı olardı ki, Lənkəran komandası bərpa olunsun. Onların Premyer Liqadan uzaq düşməsi çempionata olan marağı öldürüb. 
“Oyunu axıra kimi çəkdim”
 
Türkiyədə təlim-toplanışında olanda Almaniya klubuna qarşı(adını xatırlamadı – red.) hazırlıq matçında meydana çıxdıq. Kameramı qurub, komandaların meydana çıxmasını gözləyirdim. Həmin vaxt ot örtüyü sulanırdı və sanki stadiondan təzyiqlə vurulan suya tapşırıq vermişdilər ki, məni nişan alsın. Hardasa 3 dəqiqə su üstümə vurdu və suya batıb-çıxdım. Qarşılaşma gecə keçirildiyinə görə hava soyuq idi, ancaq mən oyunu axıra kimi çəkdim, bu mənim həmin toplanışda sonuncu oyunum oldu – bərk xəstələndim. 
“Onlara başa sala bilmirdim ki, mübarizə meydanda gedir”
Avropa Liqasının çox oyunlarında əziyyət çəkdim. Kipr APOEL-ni 3:1 məğlub edib qrup mərhələsinə düşdüyümüz görüş hədsiz çətin olub. Orada tribunalar və meydança arasında azarkeşlərin stadiona qaçmaması üçün böyük xəndək düzəldiblər. Həmin ərazi çəkilişə çox mane olurdu, atmosfer isə öz yerində. Stadionda Ermənistan bayraqları vardı, bizim və Türkiyənin bayraqlarına qarşı hörmətsizlik oldu. Bunu ermənilər etdilər, onlar orada çoxdur. 
Klubumuzun rəsmiləri buna etiraz etdi. Ağır oyun idi. Səfərdə “Dinamo” Zaqreblə görüşdə asan olmadı. Yerli komandanın nümayəndələri məni sərxoş azarkeşlərin əhatəsində yer verdi. Təsəvvür edirsiniz onların fanatları, hamısı sərxoş, mən isə “Neftçi” formasında. Onlarla əlbəyaxa çıxmağa az qaldım, çəkiliş etməyə imkan vermirdilər. Sonra Zaqreb komandasının mühafizə xidməti vəziyyətin qəlizləşdiyini görüb, mənim yanımda iki nəfər saxlamağa qərar verdi. Onlara başa sala bilmirdim ki, mübarizə meydanda gedir, mən isə sadəcə operatoram. 
“Əsas “Neftçi”nin uğurudur”
“Neftçi”mənim həyatımda dərin bir iz buraxdı. Çox adam fikirləşir ki, mən adi bir operator olmuşam, amma bizim dövrdə “Neftçi”də adi bir işçi söhbəti olmayıb. Mən heç vaxt “Neftçi”də işlədiyim üçün peşman olmamışam. Düzdür, məni klubdan hörmətsiz şəkildə göndərdilər. Bu Azərbaycan reallığıdı, amma olsun, əsas “Neftçi”nin uğurudur. Mən başda Ramin Musayev və Sadıq Sadıqov olmaqla, klubun bütün işçilərinə, futbolçulara və məşqçilərə dərin təşəkkürümü bildirirəm. 
Qeyd: Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

Son yazılar

To Top