Son iki mövsümdür Almaniya Bundesliqasında çempion ola bilməyən, bu il qızıl medallara yiyələnmək arzusunda olan "Bavariya" iyul ayının 24-də Çində yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.
Korner.az-ın məlumatına görə, almanlar hazırlıq çərçivəsində "Beiyinq Quoan" komandası ilə üz-üzə gələcəklər. Bu klubda "Sevilya"nın sabiq futbolçusu Fredirik Kanute də çıxış edir.
Qeyd edək ki, digər Bundesliqa komandalarından "Volsburq" da Çində təlim-məşq toplanışı keçir.
