1 il fasilədən sonra B Seriyasından A -ya qayıdan qayıdan "Sampdoria" heyətinə yeni futbolçu cəlb edib.
Korner.az-ın məlumatına görə, bu bir vaxtlar "Milan"da forma geyinmiş, son mövsümü isə "Kataniya"da keçirən Maksi Lopezdir. 28 yaşlı argentinalının adı "Parma" və "Napoli" ilə hallansa da transferdə son nöqtəni "Sampdoria" qoyub.
Lopez Milanın eyni adlı klubunda çıxış edərkən, çıxdığı 8 oyunda 1 qol, 2 asistend etməyə müvəffəq olmuşdu.