“Bavariya” klubu növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirir.
Korner.az-ın məlumatına görə, münhenlilər Ukrayna “Şaxtyor”unun braziliyalı yarımmüdafiəçisi Duqlas Kostanı heyətinə qatıb.
“Pivəçilər” bu transfer üçün “Şaxtyor”a 35 milyon avro ödəyib. 2010-cu ildə “Qremio”dan 6 milyon avroya transfer olunan Kosta Donetsk təmsilçisinin heyətində 5 mövsümdə 196 oyunda meydana çıxaraq 37 qol vurub.
