Bakı-2015 I Avropa Oyunlarında bu gün çimərlik futbolu üzrə yarışlarda qrup mərhələsinin son oyunları keçiriləcək.
Korner.az–ın məlumatına görə, A qrupunda qərarlaşan və ilk iki görüşdə məğlub olan millimiz Portuqlaiya ilə üz-üzə gələcək.
Qrupdan çıxmaq şansını itirən yığmamız üçün portuqallarla oyun formal xarakter daşıyır.
Qarşılaşma saat 20:30-da başlayacaq.
