Məşhur futbolçuların ekzotik futbol ölkələrinə axışı davam edir.
Korner.az-ın məlumatına görə, portuqaliyalı Simao Sabroza da Hindistana yollanıb.
“Sportinq”, “Barselona”, “Benfika”, “Atletiko”, “Beşiktaş” kimi komandalarda top qovmuş yarımmüdafiəçi son olaraq 2 il ərzində “Espanyol”un şərəfini qorumuşdu. İndi isə 35 yaşlı futbolçu Hindistanda “Nort İst Yunayted”in formasını geyəcək.
