Baş məşqçini göndərdilər
26.02.2024 , 18:11

“Sassuolo” baş məşqçisi Alessio Dionisi göndərib.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komandanı müvəqqəti olaraq Dionisinin köməkçisi Emiliano Biqiç idarə edəcək.
“Sassuolo” hazırda 25 oyundan sonra turnir cədvəlində 20 xalla 17-cidir.
