“Milan”dan gedir?
26.02.2024 , 19:12

“Milan”ın futbolçusu Olivye Jiru klubundan ayrıla bilər.
Korner.az xəbər verir ki, fransalı hücumçu ilə ABŞ və Səudiyyə Ərəbistanı təmsilçiləri yaxından maraqlanır.
Onun mövsümün sonu komandadan ayrılacağı gözlənilir.
Jiru bu mövsüm 31 oyunda 13 qol vurub, 9 məhsuldar ötürmə edib.
