“Barselona”dan ayrılacağı deyilən David Vilya İngiltərənin “Totenhem” klubuna keçəcəyi ilə bağlı xəbər yayılıb.
Korner.az-ın“El Mundo Deportivo” qəzetinə istinadən verdiyi məlumata görə, ispanioyalı forvard karyerasını İngiltərədə davam etdirmək istəyir və London klubu futbolçuya “elçi” düşənlərdəndi. Kataloniya təmsilçisi isə Vilyanı 15 milyon avroya satmaq fikirindədi.
Qeyd edək ki, ispaniyalı futbolçu ilə “Totenhem”lə bərabər, “Arsenal” klubu da yaxından maraqlanır.