“Barselona”dan yeni transfer
12.07.2023 , 18:38

“Barselona” heyətinə yeni futbolçu cəlb edib.
Korner.az xəbər verir ki, klub “Atletiko Paranaense”dən Vitor Rokeni transfer edib.
Klubun yaydığı açıqlamada onunla müqavilənin müddəti 2031-ci ilədək nəzərdə tutulduğu qeyd olunub.
Braziliya komandasına 30 milyon avro transfer haqqı və performansına görə 30 milyon avro bonus veriləcək.
Mina Musayeva
