“Barselona”dan yeni transfer
01.06.2021 , 16:43
“Barselona” heyətinə yeni futbolçu cəlb edib.
Korner.az xəbər verir ki, Kataloniya təmsilçisi “Mançester Siti”dən Erik Qarsiyanı transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 20 yaşlı müdafiəçi ilə müddəti 2026-ci ilin yayına qədər olan müqavilə imzalanıb.
“Mançester Siti” ilə müqaviləsi başa çatan Qarsiya “Barselona”ya azad agent kimi keçib.