“Barselona”da baş məşqçi postuna 3 namizəd
13.02.2024 , 22:40

“Barselona” baş məşqçi axtarışını davam etdirir.
Korner.az xəbər verir ki, klub rəhbərliyi baş məşqçi postuna 3 namizəd üçün hərəkətə keçib.
Bunlar – “Brayton”un baş məşqçisi Roberto De Zerbi, “Bayern Münhen”in və Almaniya millisinin sabiq baş məşqçisi Hans Flik və “Bayer”in çalışdırıcısı Xabi Alonsodur.
Klub bu üç namizəddən birini baş məşqçi vəzifəsinə gətirəcək.
