Premyer Liqada tura yekun vuruldu
13.02.2024 , 21:28

Bu gün Azərbaycan Premyer Liqasında XXII tura yekun vurulub.
Korner.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma keçirilib.
“Turan Tovuz” “Qəbələ”ni qəbul edib və 2:1 hesablı qələbə qazanıb. Dugər görüşdə “Zirə” “Sumqayıt”la heç-heçə edib. “Neftçi” isə “Araz-Naxçıvan”ı sınağa çəkib və 0:1 hesabı ilə məölub olub.
Azərbaycan Premyer Liqası
XXII tur
13 fevral
15:00 Turan Tovuz – Qəbələ – 2:1
Baş hakim: Rauf Allahverdiyev
Tovuz şəhər stadionu
17:15 Zirə – Sumqayıt – 0:0
Baş hakim: Tural Qurbanov
Zirə İdman Kompleksinin stadionu
19:30 Araz-Naxçıvan – Neftçi – 1:0
Baş hakim: Rəşad Əhmədov
“Dalğa Arena”
