La liqanın 4-cü turu çərçivəsində “Barsa”ya məğlub olan “Sevilya”nın hücumçusu Fernando Navarro qələbənin haqsız olduğunu deyib.
Korner.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, futbolçu “kataloniyalılar”ın qalib gəlmək üçün başqa ünsürlərə möhtac olduğunu vurğulayıb.
Futbolçu həmçinin “Barselona”nın onun komandasının 1 xalını oğurladığını söyləyib.