“Barselona” klubunun futbolçusu Aleksis Sançez mövsümün sonunda komandadan ayrılacaq.
Korner.az-ın “Tuttosport”a istinadən verdiyi məlumata görə, Kataloniya təmsilçisi çilili futbolçunun digər klublara transferinə razılıq verib.
25 yaşlı futbolçu ilə “Yuventus” klubu yaxından maraqlanır. Turin təmsilçisi Sançez üçün 18 milyon avrosundan keçməyə hazırdır. “Yuventus”un yaxın günlərdə Sançezlə rəsmi danışıqlara başlayacağı və futbolçunun transferinin ictimaiyyətə açıqlanacağı iddia olunur.
Qeyd edək ki, Sançez bu mövsüm keçirdiyi 30 oyunda 17 qol vurub və 12 məhsuldar ötürmə ilə yadda qalıb.