“Milan” klubunun hücumçusu Mario Balotelli yenidən karyerasını İngiltərə Premyer Liqada davam etdirəcək.
Korner.az-ın məlumatına görə, qana əsilli futbolçu “Liverpul”un təklifini müsbət qarşılayıb.
“Bu gün “Milan”ın bazasında son günümdür” – deyə Balotelli bildirib. Bu transferin “Liverpul”a 16 milyon avroya başa gəldiyi iddia olunur.
Xatırladaq ki, 24 yaşlı futbolçu 2010-2013-cü illərdə “Mançester Siti”nin şərəfini qoruyub. (La Gazzetta dello Sport)