DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Litva millisi növbəti oyununda Yunanıstanın qonağı olub. Korner.az-ın məlumatına görə, Premyer Liqamızda çıxış edən iki futbolçunun formasını geyindiyi Litva millisi yunanlarla bacarmayıb – 2:0.
AZAL-ın üzvü Andrius Veliçkanı start heyətində meydana çıxıb və 76-cı dəqiqədə Litva yığmasının baş məşqçisi Çaba Laslo tərəfindən əvəzlənib. Ehtiyatda qalan “Bakı”nın oyunçusu Deyvidas Çesnauski isə 46-cı dəqiqədə Valdemar Borovskijin yerinə oyuna daxil olub.
