“Mançester Yunayted”in və Hollandiya millisinin oyunçusu Van Persi zədələnib. Korner.az– ın məlumatına görə, futbolçu DÇ-2014-ün seçmə oyunları çərçivəsində keçirilən Macarıstan – Hollandiya matçının ikinci hissəsində zədələnərək meydanı tərk etmək məcburiyyətində qalıb. Millinin baş məşqçisi Lui Van Qal bildirib ki, Van Persinin zədəsi ağır deyil, sadəcə daha ciddi zədədən qorumaq üçün onu meydandan çıxardıb.
“Robin van Persini qorumaq məqsədilə dəyişdirdik. Çox ciddi bir zədə kimi görünmür, ancaq heç bir zaman əmin ola bilmirsiz. Ona görə də riskə getmədik”.
