Bu gün ölkə çempionu adını 3-cü dəfə ardıcıl qazanan "Neftçi" "Bakı"yla oyundan sonra öz medallarına qovuşacaq.
Bəs maraqlıdır "zolaqlılar"ın futbolçuları "Neftçi"nin oyunçularını meydana çıxanda alqışlayacaqmı?
“Bakı”nın icraçı-direktoru Yaşar Seyidov Korner.az saytına verdiyi açıqlamada məsələyə belə aydınlıq gətirib:
"Yəqin ki, medalları oyundan sonra təqdim edəcəklər. Biz də onları təbrik etmişik və bir də edəcəyik. Alqışlamağa gəlincə. Əsas məsələ onları təbrik etməkdi. Onu da etmişik və edəcəyik. Oyundan sonra, bəli, onları alqışlayacaq və təbrik edəcəyik. İndidən "Neftçi"yə avrokuboklarda "Bakı" Futbol Klubu adından uğurlar arzu edirəm".
"Bakı"nın futbolçusu Aqil Nəbiyev isə müxbirimizlə söhbətində bildirib ki, onlara rəqib futbolçular meydana çıxanda alqışalmaqla bağlı rəhbərlikdən hər hansı bir tapşırıq gəlməyib.