Bu gün 17 yaşlı qadınlardan ibarət milli komandalar arasında Bakıda təşkil olunacaq dünya çempionatının püşkü atılıb. Korner.az-ın məlumatına görə, ölkəmizdə keçiriləcək dünya çempionatına 16 yığma qatılacaq.
Beynəlxalq Muğam Mərkəzində təşkil olunan püşkatma mərasimində Azərbaycan millisinin rəqibləri də müəyyyənləşib.
Təşkilatçı qismində iştirak edən Azərbaycan yığmasının rəqibləri məlum olub. A qrupunda yer alan U-17 millimizin bəxtinə Amerika və Afrika qitələrindən olan rəqiblər düşüb. Bunlar Kolumbiya, Nigeriya və Kanada seçmələridir.
2012-ci dünya çempionatının iştirakçıları
Avropa – 3: AZƏRBAYCAN, Almaniya, Fransa
Asiya – 3 : Şimali Koreya, Yaponiya, Çin
Afrika – 3: Nigeriya, Qana, Qambiya
Cənubi Amerika – 3: Braziliya, Kolumbiya, Uruqvay
CONCACAF – 3: ABŞ, Kanada, Meksika
Okeaniya – 1: Yeni Zelandiya
Püşkatma Azərbaycanla bağlı video çarx nümayiş etdirilərək başlayıb. Ardınca tədbirin təşkil olunduğu Muğam Mərkəzi haqda məlumat verilib.
Sonra söz AFFA-nın baş katibi Elxan Məmmədova verilib. DÇ Yerli Təşkilat Komitəsinin sədri çıxışında U-17 qızlar arasında ən yaxşı çempionatı təşkil ediləcəyini bildirib. 2 il əvvəl bu hüququ ölkəmizə verən FİFA-ya inamını, ölkə prezidenti İlham Əliyevə dəstəyə görə təşəkkür etdiyini deyən Məmmədov Azərbaycan xalqına və son 2 ildə futbola başlayan qızlara da minnətdarlıq edib.
A qrupu: Azərbaycan, Kolumbiya, Nigeriya, Kanada
B qrupu: Fransa, ABŞ, Şimali Koreya, Qambiya
C qrupu: Meksika, Yeni Zelandiya, Braziliya, Yaponiya
D qrupu: Uruqvay, Çin, Almaniya, Qana,