Sloveniya “Mura” klubu növbəti yoxlama oyununu keçirib. Korner.az-ın məlumatına görə, Avropa Liqasının I təsnifat mərhələsində “Bakı” klubunun rəqibi olan Murska-Sobota təmsilçisi özünün “Fazaneriya” stadionunda Macarıstan çempionatının gümüş mükafatçısı “Videaton”u qəbul edib.
“Bakı” nümayəndəsi – məşqçi Rafael Əmirbəyovun da izlədiyi qarşılaşma sloveniyalıların məğlubiyyəti ilə başa çatıb – 1:2. İlk yarıda hesabı açan meydan sahibləri fasilədən sonra 2 qol buraxıb.