Avropa Liqasında mübarizə aparacaq "Bakı" hücum xəttində yaranan problemi həll etməyə çalışır. Korner.az-ın məlumatına görə, paytaxt təmsilçisi formasından uzaq düşən Uinston Parksın yoxluğunu yeni transferlərlə hiss etdirməməyə çalışır. "Zolqalılar" iki forvardla yaxından maraqlanır. Bunlardan biri bir neçə gün öncə yoxlama oyununda qarşılaşdıqları (1:1) Slovakiya “Seniça”sının kot D`ivuarlı hücumçusu Lamine Diarrassoubadı.
Paytaxt klubun maraq dairəsində olan digər hücumçu isə Matias Alustizadı. “Banfild” futbol məktəbinin yetirməsi olan 28 yaşlı argentinalı hal-hazırda Meksika “Puebla” kubunda çıxış edir.
