"İnter"də futbolçulara verilən qısamüddətli istirahət başa çatıb. Korner.az-ın məlumatına görə, komanda dünəndən etibarən Avroliqanın I təsnifat mərhələsində "Trans"la keçirəcəyi oyunun hazırlıqlarına start verib.
Bu gün isə axşam saatlarında “bankirlər” çarter reysi ilə Sloveniyadan Estoniyaya yola düşəcəklər. "Bankirlər"in heyətlə bağlı elə bir ciddi problemi yoxdu. Artıq 21 nəfərlik sifariş ərizəsi də UEFA-ya təqdim olunub.
