“Mənim komanda yoldaşlarım və məşqçi xoşbəxt idilər. Mən bilirəm ki, ümidləri doğrultmaq üçün “İnter”də istənilən imkandan istifadə etməliyəm”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Simurq”la oyunda “İnter”in qələbə qolunu vuraq Dieqo Madriqal deyib.
Debüt matçında meydana çıxdıqdan bir dəqiqə sonra qələbə qoluna imza atan kosta-rikalı forvard vətənindən olan həmkarlarımıza açıqlama verib. Madriqal bildirib ki, sənədlərindəki problem səbəbi ilə əvvəlki iki oyunda komandasının heyətində debüt edə bilməyib. O, ölkəmizdə oynamaqla Avropa klublarının diqqət mərkəzinə düşəcəyinə inanır: “Mən əminəm ki, “İnter”də Avropa klublarının qeydlərinə düşə biləcəyəm. Bu, tamamilə realdır. “İnter”in oyun üslubu mənə xoş gəlir. Məhz bu səbəbdən mən özümü burada sınamaq qərarına gəldim”.
