“Azərbaycana yaxşı pul qazanmaq istəyəndə getmək lazımdı”
13.05.2020 , 11:00
Ukraynanın I Divizionunda çıxış edən “Minay”ın futbolçusu Anatoli Nuriyev açıqlamasında “Sumqayıt”dan təklif aldığını bildirib.
Ukraynalı hücumçu təklifdən imtina etməsinin səbəbini açıqlayıb:
“2018-ci ildə “Minay” ilə Azərbaycanın “Sumqayıt” klubundan təklifim var idi. Fikirləşdim ki, Azərbaycana karyeramın sonunda, yaxşı pul qazanmaq üçün getmək lazımdı. Oynamaq və inkişaf üçün “Minay” variantını seçmək lazım idi və zaman haqlı olduğumu göstərir”.
23 yaşlı futbolçu “Minay”da 41 oyun keçirib və 21 qol vurub.