Beqoviç “Beşiktaş”da?
13.05.2020 , 11:24

“Qarabağ”ın sabiq qapıçısı Asmir Beqoviç “Beşiktaş”ın transfer hədəfindədir.
Korner.az-ın məlumatına görə, “Milan”da çıxış edən bosniyalı qapıçı icarə əsasında “Beşiktaş”da çıxış edə bilər.
“Qara qartal” müqavilə ilə “Bornmut”a məxsus təcrübəli qolkiperi icarəyə götürməyi düşünür.
Asmir Beqoviç mövsümün ilk yarısını icarə əsasında “Qarabağ”da keçirib. “Bornmut” təcrübəli simanı qış fasiləsində “Milan”a icarəyə verib.
