“Barselona”nın son iki oyundakı uğursuzluğu klubun azarkeşlərinin etirazına səbəb olub.
Korner.az-ın məlumatına görə, Kataloniya təmsilçisinin “Qranada”ya məğlub olduğu matçın ertəsi günü bir qrup azarkeş klubun bazasına gedərək futbolçuları təhqir edib.
Onlar ən çox qapıçı Pinto və hücumçu Neymara narazılıqlarını bildiriblər. Əsəbləri bununla da soyumayan fanatlar futbolçu Xavyer Maskeranonun avtomobilinin önünü kəsib. Hadisələr daha da böyümədən azarkeşlər “Nou Kamp”dan uzaqlaşdırılıb.