Albaniya Futbol Federasiyası mayın 22-də Qətərlə keçiriləcək yoldaşlıq matçının məkanını müəyyənləşdirib.
Korner.az-ın məlumatına görə, qarşılaşma neytral meydanda baş tutacaq.
Görüş üçün İspaniyanın Madrid şəhəri seçilsə də, qarşılaşmanın məşhur “Santyaqo Bernabeu”, “Visente Kalderon”, yoxsa digər arenada baş tutacağı isə hələ dəqiqləşdirilməyib. Həmin oyunda Azərbaycan Premyer Liqasında çıxış edən futbolçular da iştirak edə bilərlər.
Belə ki, “Qarabağ”ın futbolçuları Admir Teli, Ansi Aqolli, AZAL-ın üzvü Ervin Bullku daim Albaniya yığmasına çağırılan oyunçulardır. Yığmaya fasilələrlə çağırılan “Xəzər Lənkəran”ın müdafiəçisi Elvin Beçirinin də Madridə aparılması istisna deyil.
