“Qəbələ”nin hazırlıqlarına qatılmayan Mahir Şükürov hazırda Qəbələdə deyil.
Korner.az-ın məlumatına görə, milli komandanın üzvü Bakıya dönüb.
Onun bir qədər əvvəl “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfovla görüşdüyü bildirilir. Görüşdə hansı məsələlərin müzakirə olunduğu barədə konkret açıqlama verilmir.
Qeyd edək ki, Mahirin “Qəbələ” ilə müqaviləsi başa çatır. “Xəzər Lənkəran”la anlaşma əldə edən futbolçu komandanın məşqlərinə qatılmır. O, şənbə günü “Xəzər Lənkəran”a qarşı oynamayacaq.
