AZAL PFL qış hazırlığı çərçivəsində ilk yoldaşlıq oyununu bu gün keçirib.
Korner.az-ın məlumatına görə, əsasən düşərgədə olan yeni və əvəzedici komandadan gələn futbolçuların yoxlanılması məqsədi daşıyan qarşılaşmada rəqib “Qaradağ Lökbatan” olub. Görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.
Bütün qolların ilk yarıya təsadüf etdiyi matçda AZAL-ın qollarının birini Freddi Mombonqo penaltidən vurubsa, digər top rəqibin avtoqolu hesabına reallaşıb.(klub saytı)