Çempionlar Liqası çərçivəsində keçirilən “Arsenal” – “Borussiya” (2:0) matçında zədələnən Mikel Arteta əməliyyat olunub.
Korner.az-ın məlumatına görə, 32 yaşlı futbolçunun əməliyyatı uğurlu olub. İspan yarımmüdafiəçinin 3 ay ərzində zədəsini sağaldacağı gözlənilir.
Qeyd edək ki, “Arsenal”ın daha iki əsas heyət üzvü – Cek Uilşir və Matyu Debüşi uzunmüddətlik sıradan çıxıb.
