AZAL “Xəzər Lənkəran”la oyunun hazırlıqlarını davam etdirir.
Korner.az-ın məlumatına görə, mövsümün əvvəlindən zədələrdən əziyyət çəkən “təyyarəçilər” XV tura da tam heyətlə çıxa bilməyəcək.
Belə ki, Murad Ağayev, Orxan Həsənov və Xuan Fransisko zədə səbəbindən “Xəzər Lənkəran” matçını buraxacaq. Həmçinin cəzalı kapitğan Viktor İbekoyi də matçı kənardan izləyəcək.
