Azərbaycan kubokunun 2011/12 mövsümündə qapılara 58 qol vurulub.
Korner.az-ın PFL-ə istinadən verdiyi məlumata görə, yarımçıq qaldığı üçün texniki nəticə qeydə alınan “İnter” – “Turan” matçı nəzərə alınmamaqla baş tutan 25 oyunda orta məhsuldarlıq 2,32 qol olub.
Bu 58 qolu 47 futbolçu vurub. Yalnız “Bakı”nın futbolçusu Xavyer Junior Vilson cari mövsümün kubok oyunlarında 3 qol vurmağı bacarıb. “Neftçi” ilə final oyununda vurduğu qol onu turnirin ən məhsuldar futbolçusu edib.
Kubokun bombardiri hərəyə 2 qol vuran 9 futbolçunu finaldakı uğuru sayəsində arxada qoyub. Birdən artıq qol vuran 10 futbolçudan başqa daha 37 oyunçu hərəyə 1 dəfə rəqib qapısına yol tapıb.
Qeyd edək ki, Junior bunadək AZAL-la 1/4 final mərhələsinin cavab oyununda fərqlənmişdi. O, həmin oyunda 2 qol vurmuşdu.
yer futbolçu klubu Qol(penalti) oyun
1. Junior Xavyer Vilson Bakı 3 6
2. Röyal Nəcəfov Şuşa 2 1
3-4. Fair Əmirquliyev Şahdağ 2 2
Rendall Brenes Xəzər Lənkəran 2 2
5-7. Ceyhun Sultanov Kəpəz 2 3
Yuri Fomenko Kəpəz 2 3
Katalin Doman Xəzər Lənkəran 2 3
8-9. Bahodir Nasimov Neftçi 2 5
Kontreras Pardo Sergio Bakı 2 5
10. Serj Cehua Qəbələ 2 (1) 1
