Azərbaycan milli komandasının 2014-cü il dünya çempionatının seçmə mərhələsində ilk rəqibi olan İsrail yığması ilə ev oyununun vaxtı müəyyənləşib.
Korner.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, sentyabrın 7-də Bakıda keçiriləcək matç saat 21:00-da başlayacaq. Oyun yenidənqurma işləri görülən Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
