Azərbaycan güləşçisi erməniyə qalib gəldi
28.03.2022 , 18:05

Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə Avropa çempionatı davam edir.
Korner.az xəbər verir ki, Azərbaycan güləşçisi Əşrəf Aşırov (79 kq) turnirin 1/4 finalında Ermənistan təmsilçisi Arman Avaqyanla üz-üzə gəlib.
Rəqibinə 111 saniyəyə (1 dəqiqə, 51 saniyə) qalib gələn Aşırov yarımfinala yüksəlib.
