Azərbaycan cüdoçularından Avropa Kubokunda 4 medal
13.11.2023 , 11:31

Azərbaycan cüdoçuları Macarıstanın Dyör şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kuboku turnirində 2 gümüş və 2 bürünc medal əldə edib.
Korner.az xəbər verir ki, cüdoçularımız yarışda medal əyarına görə ümumi hesabda 11-ci, oğlanlar arasında isə 6-cı yeri tutub.
İki gün davam edən yarışda Azərbaycan oğlanlar arasında 7 çəki dərəsində 32 cüdoçu ilə təmsil olunub. Cüdoçularımız turnirin ilk günündə 2 gümüş medal əldə edib.
Turnirin ikinci günündə oğlanlar arasında -73 kq., -81 kq. və -90 kq. çəki dərəcələrində 11 cüdoçumuz medallar uğrunda mübarizə aparıb. -73 kq. çəkidə Əhməd Mehdiyev və -81 kq. çəkidə Əli Qazıməmmədov bürünc medal qazanıblar.
