Çalhanoğludan yeni rekord
13.11.2023 , 11:15

“İnter” A Seriyasının XII turunda “Frozinone” ilə qarşılaşıb və 2:0 hesab ilə məğlub edib.
Korner.az xəbər verir ki, görüş Hakan Çalhanoğlu üçün əlamətdar olub.
Belə ki, “neradzurra”nın ikinci qolunu vuran Çalhanoğlu rekorda imza atıb.
Hakan fərqlənməklə İtaliya çempionatındakı 37-ci qolunu vurub və o bununla A Seriyasında ən çox qol vuran türkiyəli futbolçu adını qazanıb.
