Azərbaycan 2020-ci ildə futbol üzrə Avropa çempionatının keçirilməsi üçün namizədliyini irəli sürməyəcək.
Korner.az-ın məlumatına görə, bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib. E.Məmmədov bildirib ki, artıq qərarla bağlı Gürcüstan tərəfi də məlumatlandırılıb: “Biz onlara bildirdik ki, Azərbaycan 2020-ci ildə yay olimpiya oyunların təşkil etməkdə iddialıdır. Buna görə də həmin il təşkil olunacaq Avropa çempionatını keçirmək üçün öz namizədliyimizi irəli sürmək fikrində deyilik”.
E.Məmmədov onu da qeyd edib ki, Gürcüstan tərəfi öz namizədliyini müstəqil şəkildə və ya başqa bir ölkə ilə bərabər irəli sürə bilər.
Qeyd edək ki, Gürcüstan prezidenti Mixail Saakaşvili martın əvvəllərində Azərbaycana səfəri vaxtı iki ölkənin 2020-ci il Avropa çempionatına namizədliyini irəli sürmək niyyətində olduğunu açıqlayıb. Namizədlik üçün son müddət mayın 15-dək nəzərdə tutulub.
lent.az